Bu gün, avqustun 16-da, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.
7news.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər hazırda ABŞ-da yaşayan və rəsmi Ankara tərəfindən hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə ediblər.
Qeyd olunur ki, telefon söhbəti zamanı həmçinin ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gözlənilən səfəri və Suriya ilə bağlı fikir mübadiləsi aparılıb.
7news.Az








