Dünyanın yaşıl meydanlarında beynəlxalq yoldaşlıq oyunları davam edir.
7News.az-ın məlumatına görə, dünən daha bir neçə qarşılaşma baş tutub.
Üç gün öncə millimizə 1:0 hesabı ilə qalib gələn Qazaxıstan yığması Gürcüstanla bərabərə qalıb - 1:1. Türkiyə millisi isə Avstriya ilə oyunda qüvvəsini sınayıb və 2:1 hesablı qələbə qazanıb.
Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Norveç evdə Finlandiyaya qalib gəlib, Lüksemburq isə Albaniyaya uduzub. Almaniya isə öz meydanında İtaliyaya böyük hesabla qalib gəlib - 4:1.
29 mart
Beynəlxalq yoldaşlıq oyunları
21:00. Estoniya - Serbiya - 0:1
Qol: Kolarov, 81
21:00. Monteneqro - Belarus - 0:0
22:00. Makedoniya - Bolqarıstan - 0:2
Qollar: Rangelov, 65, Tonev, 87
22:00. Gürcüstan - Qazaxıstan - 1:1
Qollar: Nurqaliyev, 36 - Gelaşvili, 38
22:30. Yunanıstan - İslandiya - 2:3
23:00. Cəbəllütariq - Latviya - 0:5
Qollar: İkuanikes, 46, 84, Dubra, 53, Sabala, 57, Visnakovs, 82
23:00. Norveç - Finlandiya - 2:0
Qollar: Berget, 57, Yohansen, 84
23:15. Lüksemburq - Albaniya - 0:2
Qollar: Sadiko, 63, Çikalleşi, 75
23:30. Avstriya - Türkiyə - 1:2
Qollar: Yunuzoviç, 22 - Hakan Çalhanoğlu, 43, Arda, 57
23:30. İsveç - Çexiya - 1:1
Qollar: Berq, 14 - Vidra, 26
23:30. İsveçrə - Bosniya və Herseqovina - 0:2
Qol: Ceko, 14, Pyaniç, 57
23:45. Almaniya - İtaliya - 4:1
Qollar: Kroos, 24, Götze, 45, Hektor, 59, Özil, 75-pen. - El Şaravi, 83
23:45. İrlandiya - Slovakiya - 2:2
Qollar: Lonq, 21, Maklin, 24 - Stox, 14, Makşin, 45-avtoqol
23:45. Portuqaliya - Belçika - 2:1
Qollar: Nani, 20, Ronaldo, 40 - Lukaku, 62
00:00. İngiltərə - Hollandiya - 1:2
Qollar: Vardi, 41 (1:0), Yansen, 50-pen.(1:1), Narsinq, 78 (1:2)
00:00. Fransa - Rusiya - 4:2
Qollar: Kante, 8 (1:0), Jinyak, 38 (2:0), Paye, 64 (3:0), Kokorin, 56, (3:1), Jirkov, 68 (3:2), Komand, 76 (4:2)
00:00. Şotlandiya - Danimarka - 1:0
Qol: Riçi, 8








