RU
Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri
10:20
416

Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri

4 ölkənin birgə silahlı qüvvələri yaradılıb.

Türkiyə, Azərbaycan və Qazaxıstan TAKM layihəsi çərçivəsində birgə silahlı qüvvələrin təkmilləşdirilməsi üzrə işlər aparır. 

Bunu Türk Xəbərlər Xidmətinə eksklüziv müsahibəsində Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib.

Onun sözlərinə görə, Avropa və Aralıq Dənizi Ölkələrinin Hərbi Statuslu Polis və Jandarmlar Assosiasiyası (FIEP) çərçivəsində 2011-ci ildən başlayaraq qazanılmış təcrübənin Mərkəzi Asiya və Qafqaz ölkələri ilə mübadiləsi məqsədilə iş aparılır.

Qeyd edək ki, 2013-cü ilin fevralında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə TAKM (iştirakçı ölkələrin baş hərfləri) - 4 ölkənin birgə silahlı qüvvələri yaradılıb.

Təşkilat Avrasiya regionunda yerləşən hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təsis edilib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ