"Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edəcəklər”.
7NEWS.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TBMM-də çıxışı zamanı deyib.
"Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində qarşılıqlı əsasda nümayəndələr təyin edəcəyik. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik”, - deyə Çavuşoğlu bildirib.
7NEWS.Az








