Türkiyə və Rusiya Suriyada tərəflərə təqdim ediləcək atəşkəs planı üzərində razılaşıb.
7News.az xəbər verir ki, bu haqda Türkiyənin "Hürriyyət” nəşri yazıb.
İki ölkə atəşkəsin bu gecə yarısından etibarən qüvvəyə minməsi üçün çalışır. Atəşkəsin Bəşər Əsəd rejimi və rejim tərəfdarı olan qruplarla müxalifət güclərinin döyüşdüyü bölgələrdə tətbiq olunması planlaşdırılır.
Atəşkəs rejimi terror təşkilatlarına tətbiq olunmayacaq. Atəşkəs rejimi davam edəcəyi halda, Dəməşq və müxalifət Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Astanada siyasi müzakirələrə başlayacaq.
Dünən Ankarada Türkiyə, Rusiya və Suriya müxalifəti eyni masaya oturmuşdu.
7News.az







