RU
Türkiyə vətəndaşı Ağstafaya qonaq getdi, küçədə döyüldü
10:40
288

Türkiyə vətəndaşı Ağstafaya qonaq getdi, küçədə döyüldü

Ağstafa rayonunda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb.

 1982-ci il təvəllüdlü Fatih Ali oğlu Bahdiyar küçədə gedərkən bir neçə nəfərin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən F.Bahdiyarın vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Ağstafa rayonunda qonaq olduğunu bildirən F.Bahdiyar bundan öncə də həmin şəxslərin hücumuna məruz qaldığını bildirib.

Faktla bağlı araşdırma aparılır./report

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ