Türkiyədə ildırım çaxmalarının görüntüsü sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
7News.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlar Kayseridəndir. Videoda qığılcım yükünün konturlarının Türkiyə xəritəsinə oxşadığı görünür.
Qeyd edək ki, Serbiyada da ildırım çaxmasının möhtəşəm görüntüsü yayılıb. Kadrlar paytaxt Belqradda çəkilib.
7News.Az








