Biz müharibə məsələsində ağa ağ, qaraya qara deyirik.
7NEWS.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna "Bayraktar TB2” pilotsuz uçuş aparatlarını Türkiyədəki şirkətdən alıb.
"Ukraynanın yanındayıq və yanında olmağa davam edəcəyik”, - XİN başçısı qeyd edib.
Nazirin sözlərinə görə, "Bayraktar”ların Ukraynada populyar olduğunu bütün dünya görüb.
7NEWS.Az








