RU
Türkiyə XİN ölkə vətəndaşlarına Ukrayna ilə bağlı müraciət edib
19:45
1075

Türkiyə XİN ölkə vətəndaşlarına Ukrayna ilə bağlı müraciət edib

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynadakı təhlükəsizlik durumunun yaxından izlənildiyini bəyan edib.

7NEWS.Az-ın xəbərinə görə, Türkiyə XİN ölkə vətəndaşlarını məcburiyyət olmadığı halda Ukraynanın şərq sərhədindəki bölgələrə səyahət etməməyə çağırıb.
Türkiyə XİN Ukraynadakı ölkə vətəndaşlarına şəxsi təhlükəsizlikləri ilə bağlı bütün tədbirləri görməyi və Ukraynanın şərqinə məcburi səyahətdən əvvəl Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ