RU
Türkiyə XİN: Roma Papasının Ermənistandakı çıxışları Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə vermir
21:20
1613

Türkiyə XİN: Roma Papasının Ermənistandakı çıxışları Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə vermir

7news.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Roma Papası Fransiskin Ermənistana səfəri zamanı verdiyi açıqlamalarla bağlı bəyanat verib.

Bəyanatda deyilir: "Roma Papası Fransiskin Ermənistana səfərinin Cənubi Qafqazın xüsusilə belə bir çətin məqamda ehtiyac duyduğu sülhə və təhlükəsizliyə töhfə vermədiyini təəssüflə müşahidə etdik. Səfər zamanı onun qondarma "soyqırımı abidəsi"ni ziyarət etməsi, 1915-ci il hadisələri ilə bağlı açıqlamaları, erməni katolikosu ilə ortaq bəyanatı onun 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və hüquqa sığmayan erməni iddialarına şərtsiz bağlılığını nümayiş etdirib. Ermənistandakı bəyanatları ilə Papa Birinci Dünya müharibəsi zamanı yaşanan əzablar və verilən itkilərlə bağlı dini ayrı-seçkiliyi ortaya qoyub. Halbuki, papalıq kimi ülvi bir vəzifəni icra edən şəxslərin gələcək nəsillərə dostluq və sülhü miras qoyması, hüquqa hörmət etməsi və uzlaşdırıcı mövqe nümayiş etdirməsi gözlənilirdi"

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ