Türkiyə ordusu daha 2 şəhid verib.
7news.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakırın Lice qəsəbəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbçilər pusquya düşüb. Bu zaman 2 hərbçi yaralanıb. Onlar helikopterlə hospitala aparılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.
Türkiyə ordusunun baş qərargahı hərbçilərin şəhid olmasını təsdiqləyib və başsağlığı mesajı yayıb.
7news.Az








