Yunanıstanla Türkiyə münasibətləri son günlər Kardak məsələsinə görə gərginləşir
Yunanıstanda türk gəmiçisi Cengiz Uygurun saxlanılması gərginliyi daha da artırıb. Limanda foto çəkdiyi üçün saxlanılan gəmiçi hakim qarşısında cavab verəcək.
Türkiyə bayrağı ilə üzən "Makbule Ana" gəmisinin heyət üzvü Cengiz Uygur yükləri boşaltmaq üçün girdikləri Elefsis limanında foto çəkdiyi üçün saxlanılıb. Cengiz mobil telefonu ilə limanın fotolarını çəkib. Bu zaman yunan kapitan ona xəbərdarlıq edib.
Elefsis ticari liman olsa da, türk gəmiçinin foto çəkməsi yunan kapitanın sərt reaksiyasına səbəb olub. O, Cengizdən fotoları silməyini tələb edib. Bundan sonra Uygur fotoları silib. Amma yunan kapitan polisə xəbər verib və limana Yunanıstan hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Cengiz Uygur məhkəməyə aparılıb. O, hakim qarşısında cavab verəcək./olke.az
7news.Az








