Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb.
7News.az Habertürk"ə istinadən xəbər verir.
Məlumata əsasən nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bundan əlavə, 3569 nəfər nazirlikdəki işinə bərpa olunub.
Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib. Onlar FETÖ terror təşkilatı il əməkdaşlıqda ittiham olunur.








