Bu gün səhər saatlarında İstanbulda 28 i adamı saxlanılıb.
7News.az-ın Hürriyyət-ə istinadən məlumatına görə, İstanbul polis əməkdaşları İstanbul, Kayseri, Konya və Muğla bölgələrində eyni anda əməliyyat həyata keçirib. 9 ay davam edən texniki və fiziki təqibdən sonra 25 ev, 2 iş yeri və bir şirkətdə yoxlama aparılıb. Yoxlamalar zamanı 6-sı qadın olmaqla 28 iş adamı gözaltına alınıb, 23 nəfər isə axtarılır.
Ələ keçənlər sağlamlıq müayinəsindən keçəndən sonra izahat üçün İstanbul polis İdarəsinə gətirilib.
Qeyd edək ki, əməliyyat çərçivəsində Türkiyə İş adamları və Sənayeçilər Konfederasiyasının ( TUSKON) prezidenti Rızanur Meral da başda olmaqla 51 nəfər haqqında həbs qərarı verilib.
Onlar haqqında terror təşkilatına üzv olmaq, terror təşkilatı adından fəaliyyət göstərmək, təhdid, silahla adam yaralama və yardım adı altında yığılan pulları Bank Asiyadakı hesaba yatırma əməllərindən dolayı cinayət işi açılıb.
Bildirək ki, 11 il əvvəl, 2005-ci ildə qurulan TUSKON-un 7 federasiya və 211 iş insan dərnəyi var. Xaricdə 5 fərqli yerdə filialları fəaliyyət göstərir. Minlərlə iş adamı qurumun üzvüdür.








