RU
Türkiyədə 3 uşaq anası boğularaq öldürülmüş vəziyyətdə tapıldı
19:07
63

Türkiyədə 3 uşaq anası boğularaq öldürülmüş vəziyyətdə tapıldı

3 uşaq anası Asiye Baytap (25 yaş) adlı qadın evində boğularaq öldürülmüş halda tapılıb.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Qaziantep  bölgəsində baş verib.
 
Rayondakı məktəblərdən birində təmizlik edən Asiye Baytapdan xəbər ala bilməyən yaxınları vəziyyəti 112 Təcili Zəng Mərkəzi qruplarına bildirib. Günorta saatlarında evə daxil olan qruplar Asiye Baytapın cansız cəsədini yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
 
Ekspertiza Baytapın boğularaq öldürüldüyünü müəyyən edib. 3 uşaq anası Asiye Baytapın cansız bədəni yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
 
Çox sayda adam şübhəli olaraq nəzarətə alınıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ