Türkiyə Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 626 təhsil müəssisəsi bağlanacaq.
Türkiyə KİV-ləri xəbər verir ki, onlardan 524-ü özəl məktəbdir.
Nazirlik həmin təhsil müəssisələrini ölkənin konstitusion quruluşuna qarşı çıxmaqda ittiham edir və qapadılmaları istiqamətində araşdırmalara başlayıb.
Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı təhsil sistemində çalışan 42738 nəfər vəzifəsindən uzaqlaşdırılıb./azvision
7news.Az








