Türkiyənin cənub-şərqində terrorçulara qarşı hərbi əməliyyatlar davam edir.
Son iki gündə təhlükəsizlik qüvvələrinin 4 vilayətdə terrorçulara qarşı apardığı əməliyyatlar nəticəsində öldürülən PKK-çıların sayı 60 nəfərə çatıb, külli miqdarda odlu silah və partlayıcı maddələr müsadirə olunub. Onların 25-i Cizre və Silopidə, 29-u Surda, 6-sı da Dargeçitdə məhv edilib.
.jpg)
İraqla sərhəd yaxınlığında yerləşən Şırnakın Cizrə və Silopi şəhərlərində təhlükəsizliyin qorunması üçün minlərlə polis və əsgər bölgəyə səfərbər olunub. Bir çox sakinlər döyüşlərlə əlaqədar yaşadıqları evləri tərk edib və daha təhlükəsiz rayonlara köçüb..jpg)
Təxminən 2 min xüsusi təyantlı polislə 1000-ə yaxın xüsusi təyinatlı jandarma qüvvələrinin həyata keçirdiyi son əməliyyatda terrorçular 1500 kilometr əraziyə sıxışdırılıb. Silopi şəhərində mühasirəyə alınan terrorçuların sayı 400-dür. Şəhərin Başak, Barbaros, Nuh və Cudi məhəllələrində terrorçularla şiddətli döyüşlər gedir..jpg)
Əməliyyatlarda pilotsuz uçan aparatlar, tanklar və "Kobra" helikopterlərindən də istifadə edilir. Genişmiqyaslı əməliyyatları 14 generalın idarə etdiyi bildirilir. Diyarbəkir vilayətinin Sur, Mardin vilayətinin Nusaybin və Dargeçit və Şırnak vilayətlərinin isə Silopi və Cizrə rayonlarındakı döyüş əməliyyatlarına 3 general-leytenant, 3 general-mayor, 8 tuğgeneral və 26 polkovnik yaxından nəzarət edir. Bölgəyə 10 min əsgər yeribilib və 5 min əlavə əsgər qüvvəsi də göndərilicək. /azvision
7News.Az








