Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.
7news.Az Anadolu-ya istinadla xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib.
Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








