Türkiyədə avtobus aşıb, 11 nəfər yaralanıb.
Hadisə bu gün səhər saatlarında Samsunda baş verib.
Belə ki, avtobus sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 9-u tələbə olmaqla ümumilikdə 11 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.








