Türkiyənin Qəhrəmanmaraş vilayətində avtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Hadisə Qəhrəmanmaraş - Kayseri yolunun 35-ci kilometrində baş verib. Yaralananlar arasında uşaq da var.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb və tibbi yardım alırlar.
7news.az








