RU
Türkiyədə avtobus dərəyə aşdı
14:53
1275

Türkiyədə avtobus dərəyə aşdı

Türkiyənin Hatay vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.

7News.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təkəri partlayan mikroavtobus dərəyə aşıb. Hadisə nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb. 

Qəza baş verən əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ