RU
Türkiyədə avtobus dərəyə yuvarlandı: çox sayda ölü və yaralılar var
10:20
428

Türkiyədə avtobus dərəyə yuvarlandı: çox sayda ölü və yaralılar var

Türkiyədə Ankara-Aksaray avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az "Hürriyət”ə istinadən xəbər verir ki, magistralın Ortaköy qovşağında sərnişin avtobusu yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində biri uşaq olmaqla, altı nəfər ölüb, 44 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım xidməti cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ