RU
Türkiyədə avtobus sürücüsü modeli zorladı - 25 il cəza
15:33
467

Türkiyədə avtobus sürücüsü modeli zorladı - 25 il cəza

İstanbula tətil üçün gələn 16 yaşlı ukraynalı fotomodel Diana R. mindiyi avtobusda təcavüzə məruz qalıb.

7News.az-ınTürkiyə mətbuatına istinadən məlumatına görə, onu zorlayan avtobus sürücüsü 25 il həbs cəzası alıb. Sürücü avtobusda heç kəsin olmadığından istifadə edərək modelə "səninlə münasibətdə olmaq istəyirəm" deyib, daha sonra isə ona təcavüz edib.

Buna görə, onun barəsində cinayət işi açılmış, 19 ildən 36 il yarıma qədər müddətə həbsi tələb olunmuşdu. Məhkəmədə o, modelin onunla könüllü şəkildə münasibətdə olduğunu və daha sonra Diananı qaldığı yerə qədər aparıb ötürdüyünü deyib.

Diana isə qorxudan səsini çıxarmadığını, çünki sürücünün onu əlindəki bıçaqla hədələdiyini bildirib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ