RU
Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanıldı
17:50
292

Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanıldı

Türkiyədə turizm sahəsində çalışan azərbaycanlı iş adamını şantaj edən ər və arvad saxlanılıb.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Ərzurum vilayətində qeydə alınıb.

Məlumata əsəsən, saxlanılan şəxslər azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb ediblər.

Araşdırma nəticəsində o da bəlli olub ki, saxlanılan şəxslər guya azərbaycanlı iş adamına qarşı əllərində olan məlumatları Türkiyə mətbuatında yaymaq istəyində olublar.

 

Saxlanılan şəxslərin və azərbaycanlı iş adamının adı açıqlanmır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ