Onun 5 uşağı var.
Keçən ilin noyabr ayının 22-də Türkiyənin Antalya şəhərində itkin düşmüş azərbaycanlı qadının cəsədi tapılıb.
45 yaşlı Xatirə Haqverdiyevanın cəsədi bu gecə Manqvat çayında tapılıb.
Bir neçə saat sonra isə həmin çayda bu qadınla əlaqədə olduğu ehtimal edilən 33 yaşlı Əkrəm Dallının da cəsədi tapılıb.
Hər iki şəxsin itkin düşməsinə dair ərizə polisə eyni gündə daxil olub. Polis bu hadisənin cinayət və ya intihar olmasını araşdırır.
Qeyd edilir ki, 5 uşaq sahibi olan Xatirə Haqverdiyeva boşanmış idi, uşaqlar Azərbaycanda yaşayırlar./oxu
7news.az








