RU
Türkiyədə baş verən yol qəzasında azərbaycanlı uşaq xəsarət alıb
11:47
409

Türkiyədə baş verən yol qəzasında azərbaycanlı uşaq xəsarət alıb

Bu gün Türkiyədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

 

Kırıkkale-Samsun yolunun birinci kilometrində Ahmet Aydoğanın idarə etdiyi yük maşını Özkan Tuluyun idarə etdiyi "34 DY 9421” dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü də daxil olmaqla, 8 nəfər yaralanıb. Yaralılar arasında Adil adlı 6 yaşlı azərbaycanlı uşaq da var. Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur. /APA


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ