Bu gün Türkiyənin Antalya şəhərində ilk dəfə "Eurasia Airshow -2018” Beynəxlalq Aviasalon sərgisi öz işinə başlayıb.
BNEWS.az Türkiyə mətbuatına istinadən bildiri ki, aprelin 25-dən 29-dək davam edəcək sərgidə 400-dən çox şirkət iştirak edir.
Belə ki, sərgidə Britaniya, Rusiya, İtaliya, Fransa və İran kimi ölkələrin milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə və Rusiyaya məxsusdur.
Müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan "Eurasia Airshow -2018” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq. Yaxın və uzaq xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət etdiyi bu sərginin ən mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən göstərilən dövlət dəstəyidi.
7news.Az








