RU
Türkiyədə boya fabrikində yanğın olub, 3 nəfər ölüb, 9 nəfər yaralanıb
17:00
596

Türkiyədə boya fabrikində yanğın olub, 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda boya və lak istehsalı fabrikində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

7News.Az "TRT HAber”ə istinadən xəbər verir ki, bu barədə Tuzla rayon bələdiyysinin sədri Şadi Yazıçı bildirib.

Qeyd olunub ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır. Bələdiyyə sədrinin sözlərinə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib və yanğın nəzarət altına alınıb.

Yanğının səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ