RU
Türkiyədə çempion rəsmiləşdi: “Beşiktaş”
10:05
1008

Türkiyədə çempion rəsmiləşdi: “Beşiktaş”

2015/16 mövsümündə Türkiyə superliqasının qalibi müəyyənləşib.

7News.az-ın xəbərinə görə, “Beşiktaş” bu gün öz meydanında “Osmalıspor”a qalib gələrək yarışın bitməsinə bir tur qalmış çempionluğu təmin edib. Bu, “qara-qartallar”ın 14-cü çempionluğu olub.

“Beşiktaş”la eyni vaxtda onun ən yaxın izləyicisi “Fənərbaxça” da növbəti matça çıxıb. İstanbul təmsilçisi “Gənclərbirliyi”nə qalib gəlsə də, bu, nəyisə dəyişməyib.

Beləliklə, bügünkü oyunlardan sonra çempionatın bitməsinə 1 tur qalmış “Beşiktaş”la ikinci pillədəki “Fənərbaxça” arasında 6 xallıq fərq yaranıb (müvafiq olaraq, 79 və 73).
 

“Beşiktaş” – “Osmanlıspor” – 3:1
Qollar:
 Marselo, 21 (1:0), 24 (2:0), Mario Qomez, 48 (3:0), Pierre Vebo, 74 (3:1)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ