RU
Türkiyədə daha 89 hərbçi tutuldu
12:42
430

Türkiyədə daha 89 hərbçi tutuldu

Türkiyənin Konya şəhərində yerləşən Hərbi Hava Bazasında 21-i yüksək rütbəli zabit olmaqla, 56 nəfər saxlanılıb.


7News.Az-ın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər Türkiyənin Konstitusiya quruluşunu zorla dəyişməyə cəhd, silahlı üsyan, FETÖ terror təşkilatı ilə əlaqədə ittiham edilirlər.

Bundan başqa Əskişəhər vilayətində və bir neçə şəhərdə keçirilən əməliyyat zamanı Hərbi Hava Qüvvələrinin üzvü olan 33 nəfər saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ