Türkiyənin Konya vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 24 nəfərsə xəsarət alıb.
Hadisəyə yolun buz bağlaması səbəb olub.
Ereyli rayonunda buzlu yoldan çıxan avtomobil qarşı yoldan gələn başqa avtobusla toqquşub.
Nəticədə avtobuslardan biri aşıb./apa
7news.az








