RU
Türkiyədə daha bir faciə — 2 ölü 16 yaralı
11:36
304

Türkiyədə daha bir faciə — 2 ölü 16 yaralı

Türkiyədə daha bir faciə baş verib.

Konya vilayətində tələbələri daşıyan avtobus aşıb. Qəza nəticəsində ölənlər və yaralananlar var.

Konya vilayətinin Cihanbeyli rayonunda tələbələri daşıyan avtobus yol buz bağladığı üçün idarəetməni itirərək aşıb. Nəticədə ilkin məlumatlara əsasən iki tələbə həlak olub, 16 nəfər isə yaralanıb. Yaralananlardan 4-nün vəziyyəti ağırdır.

Hadisə bu gün Türkiyə vaxtı ilə saat 08:00 radələrində meydana gəlib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ