RU
Türkiyədə daha bir onlayn platformaya giriş bloklandı
15:50
23

Türkiyədə daha bir onlayn platformaya giriş bloklandı

Türkiyədə instaqrama giriş qadağasından sonra onlayn oyun platforması "Roblox"a da giriş bloklanıb.

7News.Az sfera.az-a istinadən bildirir ki, "Roblox"a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.

Qərarla "Roblox"un "App Store" və "Google Play"dəki tətbiqlərinə, eləcə də veb-sayta giriş bloklanıb.

Qeyd edək ki, "Roblox" istifadəçilərə öz təcrübələrini proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılan təcrübələri oynamağa imkan verən sistem idi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ