İzmir Baro sədrinin verdiyi məlumatlara görə, partlayışla eyni anda Ədliyyə binasının içində də həyəcanlı anlar baş verib. Bombalı avtomobillə diqqət çəkib ədliyyə binasına hücum planlaşdırıldığı ehtimal edilir.
7News.az xəbər verir ki, araşdırma aparan polis qrupları ərazidə avtomobil hərəkətinin qarşısını alıb. Giriş və çıxışları nəzarət altına alan polis qara montlu, 1,65-1,70 metr boyu olan bir şübhəliylə əlaqədar istintaqa başlayıb. Bu arada, partlayışın baş verdiyi yerin yaxınlığında şübhəli bir paketin də olduğu deyilir.
Hadisə şahidi: POLİS "CANLI BOMBAYA" ATƏŞ AÇDI
Bir hadisə şahidi "Biz avtomobillə yolu dönürdük. Arxamızdakı avtomobil partladı. Biz özümüzü avtomobilin içindən çölə atdıq. Qapıdan atlananda partlayış baş verdi. Təhlükəsizlik qüvvələri canlı bombaya atəş etdi" deyib.
---------
7News.az xəbər verir ki, partlayışı iki terrorçunun törətdiyi, onlardan birinin öldürüldüyü deyilir. İkinci terrorçu ilə təhlükəsizlik qüvvələri arasında atışmanın getdiyi vurğulanır.
---------
İzmirdə məhkəmə binası yaxınlığında partlayış baş verib.
7News.az xəbər verir ki, hadisə yerinə xeyli sayda xilasetmə və polis qrupları cəlb edilib. Partlayışın bomba yüklü avtomobillə həyata keçirildiyi və hadisə yerində yaralıların olduğu bildirilir.
Ədliyyə işçiləri təhlükəsizlik tədbirləri səbəbiylə çölə buraxılmır. İşçilər ədliyyə binası içindəki etibarlı yerlərə aparılıb.
DHA müxbiri partlayış yerində bir terrorçunun cəsədinin olduğu məlumatını verib. 3 yaralı var.
Videonu izləmək üçün şəklə klikləyin:














