RU
Türkiyədə dəhşətli cinayət: İşdən çıxarılan ata 3 qızını qətlə yetirdi (TƏFƏRRÜAT)
10:40
249

Türkiyədə dəhşətli cinayət: İşdən çıxarılan ata 3 qızını qətlə yetirdi (TƏFƏRRÜAT)

Trabzonun Of mahalında imamın 3 qızını öldürməsi ilə bağlı dəhşətli detallar üzə çıxıb. 

7News.Az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İmam Emre Göktaş (36 yaş) arvadını döydüyünə görə, işdən kənarlaşdırılıb.

Bundan qəzəblənən Emre 3 qızını - Y. Göktaş (11), H. Göktaş (8) və E. Göktaşı (5) həyat yoldaşından alıb evindən 1 kilometr aralıda, dərənin kənarında kimsəsiz bir yerə aparıb. 

Qızlarını dərənin kənarına aparan ata hər üçünü də başından güllələyərək qətlə yetirib. Qatil ata hadisədən dərhal sonra polisə təslim olub.

Azyaşlıların cəsədi yarılmaq üçün Trabzon Ədli Tibb İnstitutuna aparılıb. 

Hadisə ilə bağlı araşdırma davam edir.




 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ