Türkiyənin Osmaniyə şəhərində şagirdləri daşıyan avtobus su kanalına düşüb.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş vermiş hadisə nəticəsində 14 nəfər ölüb. Ölənlərin 6-sı şagird olub. 26 nəfərin yaralı olduğu bildirilir. Yaralıların 2-si isə xəstəxanada həyatını itirib.
Baş vermiş hadisə ilə bağlı araşdırma başlayıb.








