Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətlərinin daxil olacağı Daimi Birgə Mexanizmin dördüncü iclası iyunun 14-də Ankarada keçiriləcək.
7NEWS.az xəbər verir ki, Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətlərinin daxil olacağı Daimi Birgə Mexanizmin dördüncü iclasının yeri və tarixi dəqiqləşib. Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, Üçtərəfli Sazişə uyğun olaraq qurulan Daimi Müştərək Mexanizmin dördüncü iclası 14 iyun 2023-cü il tarixində saat 09:00-da Beştəpədə səfir Akif Çağatay Kılıçın ev sahibliyi ilə keçiriləcək.
7NEWS.az








