RU
Türkiyədə dövlət çevrilişinə cəhd baş verən gecə Ərdoğan harada qalırdı? — 15 iyul gecəsi baş verənlər
22:09
412

Türkiyədə dövlət çevrilişinə cəhd baş verən gecə Ərdoğan harada qalırdı? — 15 iyul gecəsi baş verənlər

Türkiyədə FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı açılmış cinayət işini araşdıran Türkiyə Böyük Millət Məclisinin araşdırma komissiyası Muğla şəhərinə ezam olunub.
 
Komissiya Muğlanın Marmaris qəsəbəsində yerləşən, çevrilişə cəhd olunan gecə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qaldığı Grand Yazıcı Turban Otelində olub. Komissiya üzvləri otel sahibi Sabri Yazıcı ilə görüşüb və onu dindiriblər.
 
Dindirilmə zamanı S.Yazıcı bildirib ki, həmin gecə ölkə başçısının onun otelində olduğunu heç kim bilmirmiş. Otel sahibi deyib ki, Ərdoğan onun sadiqliyinə inandığı üçün məhz bu oteli təhlükəsiz bilib.
 
"Həmin gecə prezident bu oteldə olanda hadisələr qarışmışdı. Özümü bir anda bu olayın içində hiss etdim. Daha sonra Ərdoğanın olduğu villaya getdim. Bir istəyinin olub-olmadığını soruşdum Məndən jurnalistləri bu otelə toplamağımı istədi. Geyimli idi. Jurnalistlər gələndən sonra otağında çölə çıxdı. Mənə də dedi ki, "gəl otur yanımda. Bax tarixə şahidlik edirsən”. Daha sonra prezident açıqlamasını verdi”, - deyə otel sahibi olanları anladıb.
S.Yazıcı bildirib ki, prezident Ərdoğan bir az həyəcanl olsa da, bütün gücü ilə mübarizə aparırdı. Ərdoğan düşmənlərə təslim olmaq istəmirdi.
 
Otel sahibindən sonra həmin gecə orada xidmət göstərən digər işçilər də dindirilib. Daha sonra ora həmin gecə prezidentlə görüşən jurnalistlər də çağırılıb. Onlar da, həmin gecə nə baş verdiyini bildiriblər. Daha sonra jurnalist Kenan Gürbüz komissiya rəhbəri Reşat Petekə Türkiyədə dövlət çevrilişinə cəhd barədə bəhs edilən kitabı təqdim edib./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ