Azərbaycanlı "qanuni oğru" "Masallı Rafiq" kimi tanınan Rafiq Eyvazovu döyən şəxslər ağır bədən xəsarətləri yetirməklə yanaşı, ona qarşı avtoritetlərə yaraşmayan hərəkətlər ediblər.
Yeni fotolardan məlum olur ki, kriminal avtoritetin qulağı kəsilib.
"Qanuni oğru"nun belə bir vəziyyətə salınması yəqin ki, onun "oğru dünyası" ilə vidalaşması deməkdir.
Azərbaycanlı "qanuni oğru” Rafiq Eyvazovun Türkiyədə döyülməsi xəbəri bu gün yayılıb.
Məlumata görə, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan "razborka”dır.

Onun məhz Türkiyədə döyülməsi də diqqət çəkir. Bu ilin avqustunda Rövşən Canıyev ("Rövşən Lənkəranski”) Türkiyədə qətlə yetirdikdən sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal "razborka” daha da qızışıb. "Lənkəranski” nin Türkiyədəki obyektləri uğrunda da ciddi mübarizə gedir.
"Quli” tərəfdarları hələ ki, "Lənkəranski”nin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, "Quli”nin qardaşı - "qanuni oğru” Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. "Lənkəranski”nin qətli günü yanında olan "qanuni oğru” "Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb. Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və "Lənkəranski”nin obyektlərinə nəzarət etmək istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərdən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir. //Bakipost.az
7News.az











