Türkiyə hakimiyyətinin korronavirus pandemiyası ilə əlaqədar 31 əyalətdə 2 günlük evdən çıxma qadağası tətbiq etməsindən sonra əhali kütləvi şəkildə küçələrə axın edib.
7News.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, mağazaların qarşısında növbə yaradan vətəndaşlar arasında dava da düşüb. Koronavirusla mübarizə çərçivəsində alınan bu qərar epidemiyanın yayılması üçün böyük təhlükə yaradıb.








