RU
Türkiyədə fəhlələri daşıyan avtobus qəzaya uğrayıb - 1 ölü, 39  yaralı
10:45
337

Türkiyədə fəhlələri daşıyan avtobus qəzaya uğrayıb - 1 ölü, 39 yaralı

Türkiyənin Bolu bölgəsində fəhlələri daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, 39 nəfər yaralanıb.

7News.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avtobus Boludan Mudurnu istiqamətində hərəkət edirmiş. 

Hadisə Doğançı kəndi yaxınlığında baş verib.

Məlumata görə, ölən avtobus sürücüsüdür. Yük avtomobilinin sürücüsü də yaralılar arasındadır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ