Türkiyənin Ordu vilayətinin Perşembe rayonuna yağan leysan yağışlar güclü sel və torpaq sürüşməsinə səbəb olub.
7News.Az report-a istinadən bildirir ki, nəticədə 2 nəfər ölüb, 1 nəfər itkin düşüb. Daha 2 nəfər isə xilas edilib.
Bölgədəki leysan yağışları nəticəsində bir çox ev və iş yeri suyun altında qalıb, 8 körpü, 16 ev dağılıb. Xeyli sayda heyvan tələf olub.
Bölgədə yağışlı hava davam edir.
7News.Az








