RU
Türkiyədə FETÖ əməliyyatı – 125 polis həbs edildi
12:05
414

Türkiyədə FETÖ əməliyyatı – 125 polis həbs edildi

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən FETÖ hərəkatına qarşı əməliyyatlar davam edir.

7News.Az "Haber7"-yə istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində İstanbulda 125 polis əməkdaşı saxlanılıb.
Xatırladaq ki, oktyabrın 4-də Türkiyə Hərbi Hava Qüvvələrinin 12700 polis əməkdaşı Fətullah Gülən hərəkatının (FETÖ) tərəfdarları ilə mübarizə çərçivəsində işdən çıxarılıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ