Türkiyədə "FETÖ - PYD silahlı terror təşkilatına” qarşı istintaq çərçivəsində bu günə qədər 53 cinayət işi açılıb.
7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaqlar çərçivəsində aralarında hərbçi, alim, tədris üzvlərinin olduğu 7 277 şübhəli şəxs saxlanılıb.
Onlardan 2 225- i həbs olunub, 1 602 şübhəli isə polis nəzarətində olmaqla sərbəst buraxılıb. Digərləri barədə isə araşdırma aparılır.
7News.az








