RU
Türkiyədə FETO əməliyyatı — 50 tələbə həbs edildi
10:40
399

Türkiyədə FETO əməliyyatı — 50 tələbə həbs edildi

Türkiyədə terrorra qarşı əməliyyatlar davam edir.

Türkiyədə FETÖ işi və 15 iyulda baş verən hərbi-çevriliş cəhdi ilə əlaqədar əməliyyat keçirilib. Əməliyyat zamanı Türkiyə Hərbi Akademiyasının 50 tələbəsi həbs edilib.

Araşdırmalar zamanı akademiyada təhsil alan 69 hərbçi tələbə barəsində həbs qərarı çıxıb. Keçirilən əməliyyat zamanı onlardan 50 nəfəri saxlanılıb. Digər şübhəlilərin saxlasınması istiqamətində əməliyyatlar davam edir.

Qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyədə hərbi-çevrilişə cəhd olub. Cəhdin FETO terror təşkilatı və şəxsən Fətullah Gülən tərəfindən təşkil olunduğu məlum olub. Hadisədən sonra Türkiyədə FETO terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində çoxsaylı əməliyyatlar keçirilib./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ