RU
Türkiyədə FG hərfləri olan nömrələr qadağan edildi
23:15
661

Türkiyədə FG hərfləri olan nömrələr qadağan edildi

Türkiyənin Baş Təhlükəsizlik İdarəsi avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanlarını yığışdıracaq.

 

"Haberturk" yazır ki, buna səbəb həmin hərflərin Türkiyədə bu il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır.

Dövlət qeydiyyat nişanlarında bu hərflərə malik avtomobillər yeni qeydiyyat nişanları ilə əvəz olunana qədər xüsusi dayanacaqlarda saxlanılacaq. Qərar həm şəxsi, həm də dövlət qulluqçularına məxsus avtomobillərə şamil edilir./Virtualaz.org

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ