Hazırda Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilir.
7news.Az xəbər verir ki, iclas Türkiyədə çevriliş cəhdi ilə bağlı çağırılıb.
İclası TBMM sədri İsmail Kahraman açıb. Sonra TBMM sədri parlamentdəki siyasi partiya qruplarının rəhbərlərinə söz verib.
Ədalət və İnkişaf Partiyası adından partiya sədri və baş nazir Binəli Yıldırım çıxış edib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da iclasa qatılıb.
7news.Az








