Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıla bilər.
7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım AKP-nin qrup toplantısında deyib.
"Bu həftə parlament fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması ilə bağlı məsələni müzakirə edəcək. 2017-ci il Türkiyənin terrorla mübarizədə mütləq hakimiyyəti saxlayacağı il olacaq”.
Xatırladaq ki, Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə fövqəladə vəziyyət tətbiq edilib və sonradan daha üç ay uzadılıb.
7News.az








