RU
Türkiyədə general Erdal Öztürk həbs edildi
22:31
1019

Türkiyədə general Erdal Öztürk həbs edildi

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir.

7news.Az-ın “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin 3-cü korpus komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.

Hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Erdal Öztürk Bursanın İnəgöl rayonunda saxlanılıb.   

Bundan əvvəl Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti  həbs ediliblər.  

Qeyd edək ki, Türkiyədə  hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ