RU
Türkiyədə Gülənin bacısı oğlunu həbs ediblər
16:56
421

Türkiyədə Gülənin bacısı oğlunu həbs ediblər

Türkiyədə islamçı müxalifətçi Fətullah Gülənin bacısı oğlu həbs edilib. 

7news.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. 

Gülənin bacısı oğlu M.A.S. üç digər şübhəli ilə yanvar ayının 6-da Manis əyalətində saxlanılıb. İstintaqdan sonra həmin dörd nəfər həbs edilərək həbsxanaya göndərilib. 

İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub. 

246 nəfər həlak olub, 2 minə yaxın adam müxtəlif dərəcəli xəsarət alıb, qiyam yatırılıb. Türkiyə hakimiyyəti Güləni qiyamın təşkilində ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edib. Gülən özü qiyamı pisləyib və bu qiyama heç bir aidiyyəti olmadığını söyləyib. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ